Putin və Paşinyan sərhədlərin delimitasiyasını sürətləndirmək barədə razılığa gəldilər - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.
Yeniavaz.com
 Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib."Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər",- deyə bəyənatda bildirilib.


***17:15
Moskvada Rusiya - Ermənistan liderlərinin görüşü başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli münasibətləri, həmçinin, regional məsələləri müzakirə edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top