Ermənilərlə kütləvi dava edən azərbaycanlılara hökm oxundu


Rusiyanın Lyublinski Rayon Məhkəməsi 2020-ci ildə Moskvada millətlərarası toqquşmaların beş iştirakçısını iki il səkkiz ay müddətinə azadlıqdan məhrum edib, daha iki nəfər isə şərti cəza alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS”a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmə E. Ələkbərov, B. Vəliyev, P. Həmidov, T. İsmayılov, A. Qafarovu xuliqanlıqda təqsirli bilib. Onlar 2 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər”, - mətbuat xidmətindən bildirilib.
İş üzrə daha iki təqsirləndirilən şəxs - Zahidov M. və Qiyasov D. 2 il 8 ay şərti cəza alıb.
Qeyd edək ki, 2020-ci ilin iyulunda Tovuz istiqamətində vəziyyətin gərginləşməsi fonunda Moskvada ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verib.

DİGƏR XƏBƏRLƏR

Top