Ərdoğan Buça və İrpendəki hadisələrə münasibət bildirib


"Türkiyə Ukraynada hərbi əməliyyatların dayandırılması və Moskva ilə Kiyev arasında davamlı sülhün əldə edilməsi üçün bütün lazımi səyləri göstərməyə davam edəcək".
Yeniavaz.com
“Anadalu Ajansı”na istinadən xəbər verir ki, bunu Ankarada xarici diplomatik missiyaların rəhbərləri üçün təşkil olunan iftar proqramında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İki qonşumuz arasında atəşkəsə, sonra isə davamlı sülhə nail olmaq insanlıq naminə edilən ən yaxşı işlərdən biri olacaq”, - Ərdoğan bildirib.
Dövlət başçısı təəssüflə qeyd edib ki, Ukraynada mülki şəxslərə hücumlar Ankaranın vasitəçiliyi ilə Moskva və Kiyev arasında aparılan danışıqların uğurlu gedişini ləngidib:
“Tərəflər danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə ediblər, lakin Buça və İrpenin görüntüləri, Kramatorsk mülki şəxslərinin hədəf kimi istifadə edilməsi səylərimizə kölgə salır”.

DİGƏR XƏBƏRLƏR

Top