
Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsinin Rusiya qazına ehtiyacı yoxdur, lakin Avropa bundan asılıdır.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “France 5” telekanalına müsahibəsində danışıb.
“Avropa Rusiya qazından asılıdır, amma bu, Fransaya lazım deyil”, - Makron deyib.
Onun sözlərinə görə, indi Paris digər ölkələrdən qaz almaq üzərində işləyir, həmçinin Rusiyadan qaz və neftə embarqonu dəstəkləmək niyyətindədir.
Tətbiqimizi yükləyə bilərsiniz