İtkin düşən tələbə qız Masallıda tapılıb - YENİLƏNİB


Bakı Mühəndislik Universitetinin itkin düşən tələbəsi Lamiyə Binnətova tapılıb.
Yeniavaz.com modern.az-a istinadla xəbər verir ki, tələbə qızın aprelin 1-də sevdiyi oğlanla qaçması məlum olub. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir.
Qızın yaxınlarının bildirdiyinə görə, Lamiyənin ailəsi onun kiminlə qaçmasından xəbərdar olub:
"Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir".
Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.
 

***10:16
Bakı Mühəndislik Universitetinin IV kurs tələbəsi Lamiyə Binnətova itkin düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bakı Mühəndislik Universitetindən verilən məlumata əsasən, Binnətova Lamiyə Nizami qızı aprelin 1-də saat 16:50 radələrində müəllimdən icazə alaraq universitetdən çıxıb və bir daha dərslərə gəlməyib.
Qeyd olunub ki, o Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi olub.

DİGƏR XƏBƏRLƏR

Top