“Polis hər maska taxmayanı cərimələsə...” – Elşad Hacıyev


“Məgər polis hər bir tibbi maskadan istifadə etməyən şəxsi cərimələsə, bu cərimənin miqyası nə qədər olar?!”
Yeniavaz.com
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə müdiri Elşad Hacıyev “ARB24” televiziyasının efirində 17 apreldə ticarət mərkəzlərinin birində yaranan sıxlıqla bağlı danışarkən bildirib.
“Aydındır ki, burada bütün məqsəd, istiqamət ona yönəlib ki, vətəndaşlarımız bu qaydalara ciddi əməl etsinlər. Kütləvi cərimələnmə, vətəndaşları kütləvi halda hansısa formada inzibati məsuliyyətə cəlb etmək kimi qarşımızda bir niyyət yoxdur. Yalnız tələb olunan, tövsiyə olunan odur ki, indiki şəraitdə bu qaydalara əməl etsinlər”, - DİN-in sözçüsü əlavə edib.
O həmçinin qeyd edib ki, sözügedən tədbirdə karantin qaydaları ilə əlaqədar olaraq bütün zəruri tədbirlər nəzarətdə saxlanılıb:
“Hansısa vətəndaşın həmin tədbirdə xəsarət alması ilə bağlı müraciət daxil olmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top