Pentaqon Rusiya MN-in yaydığı məlumatı təkzib etdi


Pentaqon Rusiya Müdafiə Nazirliyinin Ukraynaya hərbi yardım aparan təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması ilə bağlı bəyanatını təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq radiosu” ABŞ Müdafiə Nazirliyi rəsmisinin aprelin 18-də Vaşinqtonda keçirdiyi özəl brifinqdəki çıxışına istinadla məlumat yayıb.
"Qərb silahlarının ruslar tərəfindən vurulduğunu göstərən xəbərlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirəm və bu barədə heç nə görməmişəm. Onların (rusların) yardım təyyarəsini vurduğuna dair heç bir əlamət yoxdur", - deyə, Pentaqon rəsmisi məsələyə münasibət bildirib. 
Xatırladaq ki, bir gün əvvəl Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Odessa vilayətində Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsini vurulduğunu iddia etmişdi.
Konaşenkovun yaydığı məlumatı Ukrayna kəşfiyyatı da təkzib etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top