Rus pilotun dul həyat yoldaşı Çavuşoğlu görüşməyə hazırdır

Türkiyə Hərbi Hava Qüvvələrinin vurduğu Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarəsinin həlak olmuş pilotu Oleq Peşkovun dul həyat yoldaşı Qelena Peşkova bəyan edib ki Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazırdır. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ötən gün M.Çavuşoğlu bildirmişdi ki, pilotun həyat yoldaşından şəxsən üzrxahlıq istəməyə hazırdır.Üstəlik Ankara ona kompensasiya ödəməyə hazırdır.

Q. Peşkova deyib: “Ailəmiz üçün nə qədər ağır olsa da, biz bu görüşə Moskvaya gələcəyik”. Xatırladaq ki, “Su-24” təyyarəsi 2015-ci il noyabrında vurulmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top