Türkiyə Aİ-yə tam üzvlük üçün konkret addımlar gözləyir


Türkiyə hələ də Avropa İttifaqına daxil olmağı özünün strateji hədəfi hesab edir və Aİ-yə tam üzvlük üçün konkret addımlar gözləyir. 
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada müxtəlif ölkələrin səfirləri ilə iftarda çıxışı zamanı deyib.
"Ukrayna kontekstində baş verən son hadisələr Türkiyənin NATO-dakı əhəmiyyətini açıq şəkildə nümayiş etdirdi. Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Müharibənin qlobal miqyasda mənfi nəticələri Türkiyənin Aİ üçün, xüsusilə də bu sahədə strateji əhəmiyyətini göstərdi. Mən Aİ-nin tamhüquqlu üzvlük perspektivimiz əsasında konkret və mənalı addımlar atacağını gözləyirəm”-deyə o qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top