
BMT-nin baş katibi Antonio Quterres Ukraynadakı tərəfləri mülki əhali arasında itkilərə səbəb olmamağa və mülki infrastruktura ziyan vurmamağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. "BMT-nin baş katibi bütün tərəflərə xatırladır ki, onlar mülki əhalinin tələfatının və yaşayış məntəqələrinin, mülki infrastrukturun zədələnməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidirlər". Açıqlama zamanı həmçinin qeyd olunub ki, aprel ayından etibarən Quterreş Putinlə danışmağa çalışır.
Tətbiqimizi yükləyə bilərsiniz