
Rusiyanın Qara dəniz donanmasına məxsus ən iri desant gəmilərindən biri olan “Sezar Kunikov”un komandiri, üçüncü dərəcəli kapitan Aleksandr Çirva Ukraynada müharibədə ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sevastopol vilayətinin qubernatoru Mixail Razvojaev "telegram" kanalında məlumat verib.
Bildirib ki, A.Çirva döyüşlər zamanı gəminin ekipaj üzvlərinin həyatını xilas etməyə nail olsa da, özü ağır yaralanıb. Komandir aprelin 18-də Sevastopolda dəfn edilib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri martın 29-da Berdyansk limanında Rusiyaya məxsus "Saratov" desant gəmisini məhv edib. Həmin vaxt daha iki iri desant gəmisi - “Novoçerkassk” və “Sezar Kunikov”un da zədələndiyi bildirilirdi. Məhz A.Çirvanın da həmin vaxt ağır yaralandığı ehtimal olunur.
Tətbiqimizi yükləyə bilərsiniz