Nazirlik “Fəryad-2” filmi ilə bağlı açıqlama yaydı


Mədəniyyət Nazirliyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin kütləvi nümayişə çıxarılmamasının səbəbini açıqlayıb.

Nazirlikdən bildirilib ki, Xalq artisti Vaqif Mustafayevin dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin hələ ki kütləvi nümayişə çıxarılmamasının səbəbi onun beynəlxalq kino festivallarına təqdim olunması ilə əlaqədardır.Qeyd olunub ki, film yalnız festival həyatı başa çatdıqdan sonra tamaşaçılara təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top