
Bu ilin ilk rübündə Azərbaycanda 3712 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.
İqtisadiyyat Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 10,9% artıb.
Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 9191 olub.
Tətbiqimizi yükləyə bilərsiniz