Paşinyan Moskvaya səfər proqramı bilindi - YENİLƏNİB


Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 20-də baş tutacaq Moskvaya səfər proqramı açıqlanıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 20-də Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirməyi planlaşdırır. 
***16:58
Aprelin 19-da Vladimir Putin Rusiyaya səfərə gələcək Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kremlin” məlumat yayıb.
Bildirilib ki, Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərinin müzakirəsi planlaşdırılır:
“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərə də baxılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top