Zelenskinin Makrona təklifinə rəsmi CAVAB


Rəsmi Paris yaxın günlərdə Makronun proqramında Ukraynaya səfərin olmadığını deyib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bon Ukrayna prezidenti Volodimir Zelenskinin Makrona etdiyi dəvətlə bağlı sualı cavablandırarkən bildirib.
“Biz yaxın bir neçə gündən danışmırıq. Respublika prezidenti simvolik səfərlər edə bilməz. Faydalı olanda Ukraynaya gedəcək”, - deyə dövlət katibi “Sud” radiostansiyasının efirində çıxışı zamanı deyib.
O, xatırladıb ki, Fransa Ukraynaya hərbi və humanitar dəstək verir.
Bon qeyd edib ki, Fransa “soyqırım” ifadəsinin Ukraynadakı hadisələrə tətbiq edilməsini düzgün hesab etmir.

DİGƏR XƏBƏRLƏR

Top