İSAY İB mətbuat nümayəndələrinə müraciət edib


İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi mətbuat nümayəndələrinə müraciət edib.
İB-dən Yeniavaz.com-a bildirilib ki, QHT-lərə  Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Plastik və polietilen qablara yox deyək" adlı layihə çərçivəsində Xətai rayonu gəncləri ilə maarifləndirici tədbir keçiriləcək:
"Tədbirin məqsədi plastik və polietilen qablaşdırmaların istifadəsinin məhdudlaşdırılması, bu məhsulların insan sağlamlığına və ətraf mühitə vurduğu zərərləri haqqında məlumatların verilməsidir.
Tədbirdə Agentliyin, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları və mətbuat nümayəndələri iştirak edəcək.
Sizi tədbirimizdə görməyə çox şad olardıq.
Tədbir aprelin 20-si saat 15:00-da Xətai rayon, Məhsəti küçəsi 5 ünvanında yerləşən Bakı Şəhər Dövlət Peşə Təhsili Mərkəzində keçiriləcək".
Əlaqə telefonu: +994 55 203 92 32

DİGƏR XƏBƏRLƏR

Top