Medvedçuk Putin və Zelenskiyə müraciət etdi - VİDEO


Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan xalq deputatı Viktor Medvedçuk Ukrayna prezidenti Volodimir Zelenskiyə və Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edərək onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişmək təklifi ilə çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
O vurğulayıb ki, onlar humanitar dəhlizlərlə təhlükəsiz çıxışı olmayan, blokadalı şəhərdədirlər.
Qeyd edək ki, Putinlə yaxın münasibətləri olan Viktor Medvedçuk Ukraynada dövlətə xəyanətdə və terror təşkilatının fəaliyyətinə yardımda şübhəli bilinir. O, 12 aprel 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top