Sabah hava necə olacaq?


Aprelin 19-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top