Ermənilər Qarabağda atəşkəsi pozub - Rusiya MN


“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ zonasındakı sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı 17 aprel 2022-ci il tarixinə olan məlumat bülletenində bildirilib.
“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Ermənistan tərəfindən atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyəti nizama salıb.
Azərbaycan Respublikası silahlı qüvvələrinin dörd kolonu Laçın dəhlizi ilə müşayiət olunub”.

DİGƏR XƏBƏRLƏR

Top