
Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının yaraqlılarına qarşı yeni anti-terror hərbi əməliyyatına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat yayıb.
Bildirilib ki, əməliyyatda xüsusi təyinatlılar və hərbi hava qüvvələri iştirak edir.
Hulusi Akarın sözlərinə görə, təyyarələr PKK-nın sığınacaqlarına, bunkerlərinə, tunellərinə, mağaralarına və anbarlarına uğurla hücum edib:
“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”.
Qeyd edək ki, anti-terror hərbi əməliyyatları “Pençe-Kilit” adlanır.
Milli Savunma Bakanı Hulusi Akar, Irak'ın kuzeyinde Metina, Zap ve Avaşin-Basyan bölgelerindeki terörist hedeflere yönelik Pençe Kilit Operasyonu'nun başlatıldığını açıkladı. pic.twitter.com/dEdc3zmluV
— TRT Haber Canlı (@trthabercanli) April 17, 2022