Yəmən Prezidenti istefaya məcbur edilib - KİV


Səudiyyə Ərəbistanı bu ayın əvvəlində Yəmən prezidenti Əbül Rəbbuh Mənsur Əl Hadini istefaya getməyə məcbur edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WSJ” məlumat yayıb.
Mətbuat orqanı iddia edir ki, Səudiyyə Ərəbistanı və Yəmən rəsmilərinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı rəsmiləri onu əsasən Ər-Riyaddakı evində saxlayıb və onunla əlaqəni məhdudlaşdırıb:
“Səudiyyə Ərəbistanı Yəməndə humanitar böhrana səbəb olan və krallığın rəsmi Vaşinqtonla əlaqələrinə xələl gətirən, 7 ildir davam edən vətəndaş müharibəsinə son qoymağın yollarını axtararkən, aprelin 7-də cənab Hadi hakimiyyəti müxtəlif Yəmən qruplarının səkkiz nümayəndədən ibarət şurasına təhvil verib”.

DİGƏR XƏBƏRLƏR

Top