Batan "Moskva" kreyserinə aid olduğu deyilən FOTO


Zərər çəkmiş Rusiya hərbi gəmisini əks etdirən foto internetdə yayılıb.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə Rusiyaya məxsus "Moskva" kreyserinin dənizdə vurulduğunu göstərən təsdiqlənməmiş foto yayılıb.
Hərbi müşahidəçilər fotonun orijinal ola biləcəyini deyirlər. London Kral Kollecinin Müharibə Tədqiqatları Departamentinin tələbəsi Rob Li tvitter hesabında yazıb ki, bu, qanuni bir fotoşəkilə bənzəyir.
Açıq mənbəli kəşfiyyat məlumatlarını paylaşan məşhur tvitter hesabı “OSINTtechnical” isə bu barədə belə yazıb:
“Mən həqiqiliyini yoxlaya bilmirəm, lakin bu, “Slava” tipli kreyserdir və məncə, onların heç biri bu şəkildə məhv edilməyib”.
Qeyd edək ki, gəminin taleyi onu raket zərbəsi ilə batırdığını deyən Ukrayna və gəmidəki yanğından sonra batdığını deyən Rusiya tərəfindən qızğın mübahisələrə məruz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top