Ağdamda yol çəkən texnika minaya düşdü


Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.
Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.
Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.

DİGƏR XƏBƏRLƏR

Top