Ukraynada "Zoom" vasitəsilə evlənməyə icazə verildi


Ukrayna Ədliyyə Nazirliyi hərbi vəziyyət dövründə nikah prosedurunu sadələşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin ədliyyə nazirinin müavini Valeriya Kolomiets məlumat verib. O bildirib ki, müraciətdən sonra bir gün ərzində nikah prosesi “Zoom” vasitəsilə həyata keçirilə bilər:
“İndiki şərait ona gətirib çıxarıb ki, insanların gözləmək imkanı yoxdur. Çünki biz hamımız elə şəraitdə yaşayırıq ki, sabah və hətta bu gecə axşama doğru nə olacağını bilmirik. Ona görə də indi müraciət etmək və nikahı bir gündə rəsmiləşdirmək mümkündür. Müraciət etmiş insanlar gün ərzində evlənə bilərlər”.
Qeyd olunub ki, nikahın qeydiyyatı hərbi əməliyyatların olmadığı ərazidə qeydiyyat idarəsinin istənilən orqanında aparıla bilər. Müəyyən şərtlər daxilində nikahları təkcə qeydiyyat idarəsinin əməkdaşları deyil, həm də polis və hərbçilər də yerinə yetirə bilər.
Kolomiets qeyd edib ki, müdafiəçilər üçün uzaqdan evlilik də nəzərdə tutulub:
"Onlar öz komandirinə müraciət edərək, uzaqdan nikaha daxil olmaq istədikləri barədə ərizə verə bilərlər. Beləliklə, ər-arvaddan biri fiziki cəhətdən olmasa belə, nikahı qeydiyyatdan keçirə bilərsiniz. Hərbi hissədə olmayan şəxs uzaqdan qoşula bilər. Hətta hər ikisi də “Zoom” vasitəsilə uzaqdan qoşula bilər”.
Ədliyyə Nazirliyi xatırladıb ki, genişmiqyaslı müharibə başlayandan bəri, 22 min ukraynalı cütlük evlənib ki, bu da adi haldan çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top