Ukraynada həlak olan uşaqların sayı 200-ü keçdi


“Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 563-dən çox uşaq zərər çəkib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, müharibənin başlamasından indiyə qədər Ukraynada 202 uşaq həlak olub, 361-dən çox uşaq yaralanıb.
Qeyd olunur ki, uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Prokurorluqdan bildirilib ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

DİGƏR XƏBƏRLƏR

Top