"Putin nüvə silahından istifadə edə bilər" - Xruşşovun nəticəsi


Keçmiş Sovet lideri Nikita Xruşşovun nəticəsi xəbərdarlıq edib ki, Rusiya Ukraynada nüvə silahından istifadə edə bilər.
Yeniavaz.com
xəbər verir ki, hazırda ABŞ-da beynəlxalq məsələlər üzrə professor kimi fəaliyyət göstərən Nina Xruşşova bu barədə BBC-yə danışıb. O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin müharibədə yekun qələbə qazanmaq üçün əlindən gələni edəcəyinə inanır:
“Düşünürəm ki, bu müharibə həqiqətən də Putinin nəyin bahasına olursa olsun qalib gəlməyi planlaşdırdığı müharibədir. O, qələbəsini elan etmək üçün taktiki nüvə silahlarından istifadə etməli olarsa, bunu edə bilər”.
Qeyd olunur ki, taktiki nüvə silahları Nikita Xruşşovun Sovet İttifaqına rəhbərlik etdiyi Soyuq Müharibə dövründə ortaya çıxan uzun mənzilli raketlərdən daha az güclüdür. Lakin uzun müddətdir Vladimir Putinin tənqidçisi mövqeyindən çıxış edən Nina Xruşşova Moskvanın onlardan (taktiki nüvə silahları)Ukraynaya dağıdıcı təsir göstərmək üçün istifadə edə biləcəyindən qorxur.
Mart ayında, Rusiyanın Ukraynada müharibəyə başlamasında bir neçə gün sonra, Nina Xruşşova baş verən hadisələrdən xəcalət çəkdiyini demişdi.

DİGƏR XƏBƏRLƏR

Top