
Ermənistanda yerləşən Atom Elektrik Stansiyasının yeganə işləyən enerji blokunun işi illik profilaktik təmir üçün dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AES-ib saytında məlumat yerləşdirilib. Təmir işlərinin 73 gün davam edəcəyi bildirilib. Hesabatda deyilir ki, işə yerli işçilər, habelə AES sistemlərinin və avadanlıqlarının təmiri üzrə böyük təcrübəyə malik Rusiya, Xorvatiya, Slovakiya, Çexiya və digər ölkələrdən olan mütəxəssislər cəlb olunub. İkinci enerji blokunun istismara verilməsi 28 iyun 2022-ci il tarixinə planlaşdırılır.