Bu ilin ən çiçəklənən ölkəsi

2016-cı ildə dünyanın ən çiçəklənən ölkəsi Yeni Zelandiya olub. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qənaətə hər il “Prosperity Index” reytinqini tərtib edən Britaniyanın “Legatum Institute” təşkilatı gəlib. Siyahıya yeddi il başçılıq edən Norveç bu il ikinci pilləyə düşüb. Norveç təhsil, təhlükəsizlik və ekologiyanın səviyyəsindən başqa bütün kriteriyalar üzrəYeni Zelandiyadan geri qalıb. Üçüncü yeri Finlandiya tutub. Bu ölkə hakimiyyətin səmərəliliyi, demokratiyanın inkişaf səviyyəsi və qanunun aliliyinin təminatı üzrə ən yaxşı hesab edilib. Təhsil sahəsində liderlik edən İsveçrə dördüncü olub. Onun ardınca Kanada. Avstraliya, Niderland, İsveç və Danimarka gəlir.

DİGƏR XƏBƏRLƏR

Top