Hindistan 100 dərəcə istiliyə tab gətirən koronavirus peyvəndi hazırlayır


Hindistan alimləri daşınması üçün soyuq tələb etməyən və istiliyədavamlı koronavirus peyvəndi hazırlayırlar. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NDTV” kanalı məlumat yayıb. Bildirilib ki, Banqalor və Minvaxdakı Hindistan Elm İnstitutu hazırda həmin dərman üzərində işləyir. Hazırlanmış vaksin 37 dərəcə stemperaturda dörd həftə, suyun qaynama nöqtəsində, 100 dərəcədə 90 dəqiqə saxlanıla biləcək. Peyvəndi hazırlayanların sözlərinə görə, preparat siçanlar üzərində sınaqdan keçirilib və koronavirusun müxtəlif variantlarına, o cümlədən “delta” və “omikron”a qarşı güclü anticisim reaksiyasına səbəb olub.
 

DİGƏR XƏBƏRLƏR

Top