Medvedçukun arvadı ərini bu şəxslərlə dəyişməyə çağırdı


Ukraynada saxlanılan “Müxalifət Platforması - Həyat Naminə” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko Britaniya vətəndaşları Aiden Eslin və Şon Pinnerin yaxınlarına müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, o, müraciəti zamanı Baş nazir Boris Consondan Ukrayna tərəfdən döyüşən və Rusiyaya əsir düşən 2 nəfərlə ərinin dəyişdirilməsini təşkil etməyi xahiş edib. "Aiden Aslin və Sean Pinnerin ailəsinə və dostlarına müraciət edirəm. Ölkənizin baş naziri Boris Consondan Ukrayna rəhbərliyinə təsir göstərməsini istəyin”-deyə o bildirib.
Xatırladaq ki, Marçenko bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana əri ilə bağlı müraciət etmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top