Sağlamlığı məhdud uşaqla əlaqədar atalara yeni güzəşt olacaq


Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalara güzəştli pensiya hüququ müəyyənləşir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir. Başqa sözlə, layihəyə əsasən, anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya hüququnun verilməsini nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top