
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə yeni müharibə ehtimalı barədə deyilənlərə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, respublikada əvvəlki illərdə baş vermiş müharibələr və onların dağıdıcı nəticələri təkrarlanmamalıdır.
"Dostlar, avqust müharibəsi (2008-ci il) 90-cı illərdəki müharibələr, o cümlədən vətəndaş müharibəsi və onların dağıdıcı nəticələri ölkədə bir daha təkrarlanmayacaq. Biz məsuliyyətli hökumətik. Mən ilk növbədə təhlükəsizlik və sülh üçün cavabdehəm”- deyə o qeyd edib.