Avtomobil kanala aşdı, sürücü suda batdı - YENİLƏNİB


Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalında, Bakı-Qazax avtomobil yolunun Yevlaxda kanalın üzərindən keçən körpüdə baş verib.
İdarəetmədən çıxan "VAZ 2107" markalı minik maşını kanala düşüb. İlkin məlumata görə, sürücü suda batıb. Dalğıclar ərazidə axtarışlara başlayıb.
Fakrla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Yevlax

***15:58
Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top