Kiyev şəhəri atəşə tutulub - 1 nəfər ölüb - YENİLƏNİB


Kiyevin Darnitski rayonunda səhər saatlarında baş verən atışma nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko Ümumukrayna telemarafonunun efirində bildirib.

12:11

“Səhər saatlarında Kiyev atəşə tutulub. Partlayışlar şəhərin kənarındakı Darnitski rayonunda baş verib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçko sosial şəbəkə hesabında paylaşım edib.
“Hazırda hadisə yerində xilasedicilər və həkimlər işləyir. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”, - Kliçko bildirib.
“Daha əvvəl gedib paytaxta qayıtmağa hazırlaşan Kiyevlilərdən xahiş edirəm ki, bundan vaz keçsinlər və təhlükəsiz yerlərdə qalsınlar”, - mer əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top