Bu gün buraxılış imtahanı var

Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. Bu gün tədrisi gürcü dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

DİM-dən verilən məlumata görə, bugünkü imtahanlarda 23 min 107 şagirdin iştirakı gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

DİGƏR XƏBƏRLƏR

Top