
Serbiyanın paytaxtı Belqradda minlərlə insan Rusiyaya dəstək aksiyası keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat verib.
Etirazçılar Belqradın mərkəzində II Nikolayın abidəsi önünə toplaşıblar. İnsanlar əllərində Rusiya, Serbiya bayraqları tutublar. Aksiya iştirakçıları Rusiyanın Qərbin təzyiqi ilə Serbiyanın qoşulduğu BMT İnsan Haqları Şurasından çıxarılmasına dair səsverməyə qarşı çıxıblar.
Xatırladaq ki, bundan əvvəl Kiprdə Rusiyaya dəstək aksiyası keçirilmişdi.