
Almaniyanın maliyyə naziri Kristian Lindner ölkənin hərbi büdcəsini Ukraynaya kömək məqsədilə 2 milyard avro artırmaq planlarını hökumətin təsdiqlədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazir öz “Twitter” hesabında yazıb.
"Mətbuatda yayılan xəbərlər doğrudur. Əlavə büdcədə hərbi güclənməyə yardım 2 milyard avroya qədər artırılıb. Vəsaitlər əsasən Ukraynaya yönəldiləcək", - deyə Lindner qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz