
Ukraynadakı mövcud vəziyyət Afrika dövlətlərinin iqtisadiyyatı üçün dağıdıcı nəticələrə səbəb olur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Chadinfos” portalı Beynəlxalq Artım Araşdırmaları Mərkəzinin eksperti Tevodros Makonnenin sözlərinə istinadla məlumat verib.
Bildirilib ki, Ukrayna ilə ticarət əlaqələri olan Afrika dövlətləri buğda və gübrə tədarükündə məhdudiyyətlərlə üzləşib. "Bir çox Afrika ölkələri qida istehsalı üçün azot gübrələrindən istifadə edir, bu malların təxminən 70 faizi Ukrayna və Rusiyada istehsal olunur", - deyə araşdırmada bildirilir.