Gürcüstan nümayəndə heyəti Füzuli hava limanında - FOTO


Azad olunmuş Qarabağ bölgəsinə səfər edən Gürcüstan mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar, bloqçular Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, qonaqlara cəmi 8 ay ərzində ən yüksək beynəlxalq standartlar səviyyəsində inşa olunmuş hava limanının fəaliyyəti barədə məlumat verilib.

Xatırladaq ki, 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilən hava limanına beynəlxalq status verilib. 

Uzunluğu 3000 m, eni 60 m olan uçuş-enmə zolağına malik hava limanının 60 min kvadratmetrlik perronunda 8 təyyarə dayana bilir. Hava limanı İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) təhlükəsizlik tələblərini təmin edən müasir avadanlıqlarla təchiz olunub.

DİGƏR XƏBƏRLƏR

Top