Putin Təhlükəsizlik Şurasının iclasını keçirib


Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə humanitar siyasət konsepsiyasını müzakirə edib. 
Yeniavaz.com
“RIA”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məlumat verib.
D. Peskov bildirib ki, Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə humanitar siyasət konsepsiyasını müzakirə etmək üçün operativ iclas keçirib.
O qeyd edib ki, iclasda Təhlükəsizlik Şurasının bütün daimi üzvləri iştirak edib. Daha sonra  prezidentin daxili, qeyri-ictimai xarakterli bir sıra işgüzar görüşləri müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top