
"ABŞ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu da daxil olmaqla, Azərbaycan və Ermənistana hərtərəfli sülhə nail olmaqda kömək etməyə hazırdır".
Yeniavaz.com xəbər verir ki, bunu ötən gün ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq. Biz aprelin 6-da Brüsseldə baş nazir Paşinyan və Prezident Əliyev arasında keçirilən görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikasını və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışladıq. Dövlət katibi (Entoni Blinken – red.) bundan bir gün əvvəl, aprelin 5-də iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarını təşviq etməyə davam edirik. Dövlət katibi bir daha təsdiqləyib ki, Birləşmiş Ştatlar ölkələrə uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi ikitərəfli əməkdaşlıq etməyə hazırdır”.
Prays Ukrayna hadisələri ilə bağlı bu vəziyyətin həllində Moskvanın rolu ilə bağlı sualı da cavablandırıb:
“Rusiyanın bu işdə hansı rolu oynaya biləcəyi barədə danışa bilmərəm”.
Tətbiqimizi yükləyə bilərsiniz