Ermənistan Türkiyəyə bu şəxslər üçün sərhədləri açmağı təklif edib


“Erməni tərəfi ilk mərhələdə Türkiyəyə diplomatik pasportu olan şəxslər üçün quru sərhədinin açılmasını təklif edib”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Armenpress” agentliyinə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Türkiyə XİN rəhbərinin cəsarətli addımların atılmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Ermənistan tərəfi cəsarətli addımların atılmasının zəruriliyi ilə tam razıdır. Biz dəfələrlə irəliləməyə hazır olduğumuzu nümayiş etdirmişik. Ermənistanla Türkiyə arasında uçuşların bərpası da mühüm ikitərəfli addım olub. Biz hesab edirik ki, irəliyə doğru yeganə yol ardıcıl, aydın addımlardan keçir. Məsələn, biz Türkiyə tərəfinə ilk mərhələdə diplomatik pasportu olan şəxslər üçün quru sərhədinin açılmasını təklif etmişdik, lakin Türkiyə tərəfi hələ də bunu gecikdirir. Düşünürük ki, bu, kiçik, lakin konkret, ən əsası isə məntiqli bir addım olacaq”, - Vahan Hunanyan deyib.

DİGƏR XƏBƏRLƏR

Top