
Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatı başladıqdan sonra Lvova köçürülən Fransanın Ukraynadakı səfirliyi yaxın vaxtlarda Kiyevdə fəaliyyətini bərpa edəcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı zamanı deyib. "Nazir ukraynalı həmkarını Fransa hakimiyyətinin Fransanın Ukraynadakı səfirliyini martın əvvəlindən olduğu Lvovdan Kiyevə köçürmək qərarı barədə məlumat verib. Bu, çox tezliklə baş verəcək və Fransaya dəstəyini daha da dərinləşdirməyə imkan verəcək”-deyə məlumatda qeyd olunub.