
Mingəçevir Dövlət Universitetinin "Yolumuz Ağdama" adlı səfəri Ağdam şəhəri daxil olmaqla rayonun işğaldan azad edilən əraziləri olub.
Yeniavaz.com xəbər verir ki, ziyarət Mingəçevir Dövlət Universiteti tərəfindən təşkil edilib. Ağdamı ziyarət edən ilk universitet heyətində əməkdaş, tələbə və magistrantlar, MDU-nun şəhid məzunlarının ailə üzvləri və MDU İctimai Nəzarət Şurasının üzvləri yer alıblar. Bələdçi Ramin Bəhmənin bələdçiliyi ilə ziyarətçilər əvvəlcə İmarət saray kompleksini, Ağdamın birinci şəhidlər xiyabanı, Ağdamın Cümə məscidi, Seyidli, Qiyaslı istiqamətində Şahbulaq qalası və bulağı ziyarət olunub. Səfər iştirakçılarına Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə məlumatlar verilib.


Esmira Hidayətova, Ağdam
Tətbiqimizi yükləyə bilərsiniz