Ukrayna: “Almaniya ilə münasibətlərin kəskinləşməsini istəmirik”


Ukrayna Almaniyanın federal prezidenti institutuna hörmətlə yanaşır və Almaniya ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyil, sadəcə rəsmi Berlindən Kiyevə qarşı yeni siyasət gözləyir.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya prezidenti Frank-Valter Ştaynmayeri keçmişdə Rusiyaya qarşı çox yumşaq siyasət yürütdüyünə görə Kiyevdə qəbul etməkdən imtina etməsi ilə bağlı xəbərləri şərh edərkən deyib.
“Biz gərginləşmədə maraqlı deyilik. İkitərəfli münasibətlərin kəskinləşməsini istəmirik. Ona görə də əminəm ki, bu vəziyyət diplomatik kanallar vasitəsilə həll olunacaq və Ukrayna-Almaniya münasibətlərinə heç bir xələl gəlməyəcək”-deyə Kuleba bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top