
Belarus sərhədçiləri Litva ilə sərhəddə qonşu dövlətdən Belarus ərazisinə doğru hərəkət edən pilotsuz uçuş aparatını vurublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
"Hava məkanının pozulmasının qarşısını almaq və qanunsuz hərəkətlərin qarşısını almaq üçün sərhədçilər hava hədəfinə atəş açıblar. Nəticədə kvadrokopter vurulub", - deyə sərhəd agentliyinin “Telegram” kanalında bildirilib.