Rusiya Müdafiə Nazirliyi "Moskva" raket kreyserinin batdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, açıqlamada kreyserdəki sursatların partlaması səbəbilə gəminin batdığı bildirilib:
"Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğın gövdəyə ziyan vurub. Nəticədə gəmi dayanıqlığını itirib və gəmi batıb".
“Moskva” raket kreyseri təmir üçün Sevastopola doğru hərəkət edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi CNN-ə açıqlamasında deyib.
“Biz kreyserdə nə baş verdiyini tam deyə bilmərik. Hesab edirik ki, orada ən azı bir partlayış baş verib. Hesab edirik ki, gəmi hərəkət edə bilir və edir də. Düşünürük ki, o, təmir üçün Sevatsopola gedir"-deyə o bildirib.
Xatırladaq ki, Odessa hərbi administrasiyasının rəhbəri Maksim Marçenko Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurduğunu açıqlamışdı.