Kremldən Putin-Zelenski görüşü barədə açıqlama


Kremldən Ukrayna və Rusiya Federasiyası prezidentləri Volodimir Zelenski və Vladimir Putinin birbaşa görüşü ilə bağlı yeni açıqlama verilib.
Yeniavaz.com
xəbər verir ki, danışıqların mümkünlüyü barədə Putinin mətbuat katibi Dmitri Peskov danışıb.
“Putin Zelenski ilə görüşdən imtina etmir, lakin zəmin hazırlanmalıdır, sənədin mətni isə hələ ki, yoxdur. Hələ ki, burada yeni heç nə bildirə bilmərik”, - deyə, o bildirib.
Bundan əvvəl prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və Rusiya prezidentləri arasında danışıqlar Kiyevin qalib gəlməkdə qərarlı olduğu Donbassdakı toqquşmadan sonra baş tuta bilər.
Qeyd edək ki, Zelenskinin özü aprelin əvvəlində Putinlə görüşməyə hazır olduğunu bildirib, lakin görüşün baş tutmayacağını ehtimal vermədiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top