Türkiyə-Ermənistan nümayəndələri bu şəhərdə görüşəcək


Ankara və İrəvanın xüsusi nümayəndələrinin növbəti, üçüncü görüşü Vyanada baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalına müsahibəsində bildirib.
“Əgər söhbət münasibətlərin normallaşmasından gedirsə, o zaman niyə Türkiyədə və ya Ermənistanda görüşlər keçirməyək? Biz buna hazır olduğumuzu ifadə etmişik”, - Çavuşoğlu deyib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, Ankara İrəvanda görüş keçirməyi təklif etsə də, Ermənistan tərəfi bununla razılaşmayıb. Bu kontekstdə Çavuşoğlu Ermənistanı daha cəsarətli olmağa çağırıb.
Xatırladaq ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıçın birinci görüşü yanvarın 14-də Moskvada, ikinci görüşü isə fevralın 24-də Vyanada baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top