
Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynadakı müharibəsinin artıq dünya iqtisadiyyatına dramatik zərbə vurması və dünya əhalisinin böyük bir hissəsini, xüsusən də inkişaf etməkdə olan ölkələrin əhalisini artan zərər riski altında qoyması barədə xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ötən gün dərc edilən BMT-nin hesabatında bildirilib.
BMT-nin baş katibi Antonio Quterreş hesabatla bağlı brifinqdə deyib ki, müharibənin təsiri qlobal və sistemlidir.
Quterreş bildirib ki, 1,7 milyard insan Rusiya müharibəsinin qlobal qida, enerji və maliyyə sistemləri üzərindəki fəsadlarına yüksək dərəcədə məruz qalır.
BMT-nin hesabatında qeyd edilir ki, bu 1,7 milyard insanın 553 milyonu artıq yoxsuldur, 215 milyonu isə qidalanma ilə bağlı problem yaşayır.
Tətbiqimizi yükləyə bilərsiniz